Xaçmazda 3 otaq ev yanıb

Xaçmazda 3 otaq ev yanıb
  28 Noyabr 2016    Oxunub:1598
Xaçmazda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, rayonun Krasnı Xutor kəndində vətəndaşa məxsus ümumi sahəsi 82 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının tüstü bacasının ətrafı 20 m2 və tavan hissəsi 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti